Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.
MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb.
Ənənəni olaraq, “Açıq qapı” günlərinin keçirilməsinin imtahan sessiyasının gedişatının qiymətləndirilməsində mühüm rol oynadığını bildirən rektor pandemiya şəraitində təhsilalanlarla çevik kommunikasiyanın önəmindən danışıb.
MDU-da cari imtahan sessiyasının üçüncü həftəsi haqqında məlumat verən Ş.Bayramov mövcud reallıqlara uyğun həssaslıqla keçirilən imtahanlarda tələbələrin yüksək fəallıq nümayiş etdirdiyini və müvəffəqiyyət göstəricilərinin qənaətbəxş səviyyədə olduğunu diqqətə çatdırıb.
İmtahan sessiyasının təşkilindən razılıqlarını ifadə edən tələbələr və valideynlər semestr ərzində universitet rəhbərliyinin, professor-müəllim və inzibati heyətin xüsusi diqqətinə və həssaslığına görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, “Açıq qapı” günlərinin 5 iyul tarixinədək hər həftənin cümə axşamı günü təşkil olunması nəzərdə tutulub.