Zəngilan Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli ümumi orta məktəbin şagirdləri “Yay məktəb”i çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya  ediblər.

 

Təhsil şöbəsindən verilən məlumata görə, məktəbin direktoru Vüsalə Əliyeva və tarix müəllimi Şahnaz Bağırovanın da iştirak etdiyi ekskursiyada muzeyin əməkdaşı İlahə Məmmədova muzeydəki eksponatlarla yanaşı, Azərbaycanın xalçaçılıq tarixi haqqında şagirdlərə geniş məlumat verib və  onların suallarını cavablandırıb.

 

Şakir CƏFƏROV