Naxçıvan Dövlət Universiteti (NDU) Biologiya kafedrasının dosenti, pedaqogika üzrə elmlər doktoru Zərövşən Babayevanın "XXI əsrin yeni kitab formatı- Elektron dərsliklər" elmi məqaləsi Rusiyada “Elm və təcrübə bülleteni” ( “Bulletın of science and practice”) adlı yüksək impakt faktorlu jurnalda nəşr edilib.
Məqalədə elektron dərsliklərin üstünlükləri, xüsusilə biologiyanın tədrisində müxtəlif istifadə formatları analiz edilir, dərsliklərin onlayn və ya offlayn rejimdə, kompüter, planşet, mobil telefon vasitəsilə istifadə imkanının olması, əyani vəsaitlərin mövcudluğu - qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri, böyük həcmli məlumatların saxlanması, mətnlər üzərində qeydlərin aparılması mümkünlüyü, rahat istifadə-axtarış sisteminin mövcudluğu araşdırılır.
Məqalədə bildirilir ki, elektron dərsliklər istifadəçilərin təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün optimal şərait yaradır.