26 İyun-Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə Bakı Slavyan Universitetinin (BSU) kollektivi Laçın və Kəlbəcər rayonlarında hərbi xidmət keçən əsgər və zabitlərə bayram sovqatı göndərib.

 

Universitetdən bildirilib ki, bayram sovqatı BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanovanın rəhbərliyi və şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu, universitetin filologiya və xarici dil müəllimliyi fakültəsinin builki məzunu,"YAŞAT" Fondunun və "Davam" Gənclər Hərəkatının əməkdaşı Elvin Mirzəyevin, həmçinin Tələbə Gənclər Təşkilatının sədri Cəfər Adilovun , tərcümə fakültəsinin III tədris ili tələbəsi, "ASAN xidmət" in əməkdaşı Sultan İbrahimlinin, beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin IV tədris ili tələbəsi, "ASAN xidmət" in əməkdaşı Rza Əliyevin  iştirakı ilə əsgər və zabitlərə çatdırılıb.
Qeyd edək ki, 26 İyun- Silahlı Qüvvələr Günü ərəfəsində  BSU kollektivinin işğaldan azad edilmiş ərazilərimizdə hərbi xidmət keçən əsgər və zabitlərimizə könüllü şəkildə bayram sovqatı göndərməsi bu ali təhsil müəssisəsinin bir daha xalqla, dövlətlə birlik və həmrəylik nümayiş etdirdiyini, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycan Ordusunun yanında olduğunu göstərir.