İyunun 23-də ölkə Prezidenti cənab İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb. 

 

Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunanlar arasında Təhsil Nazirliyinin 6 əməkdaşı da var.

 

Sərəncama əsasən, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Aparat rəhbərinin müavini Yaqub Piriyev, Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Gülarə Xudiyeva “Tərəqqi” medalı, Hesabatvermə və icraya nəzarət sektorunun baş məsləhətçisi Zöhrab Kəlbəliyev, Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin baş məsləhətçisi Suriyyə Nağıyeva "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.

 

Təltifə layiq görülən əməkdaşların hər birini təbrik edir, onlara uğurlar arzulayırıq.

 

https://president.az/articles/52235