Bakı Konqres Mərkəzində Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclər Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyə gənclərinin Zəfər Forumu keçiriib. Forumda Bakı Dövlət Universitetində təhsil alan türkiyəli tələbələr də iştirak ediblər.

 

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Erdem Cem Burak Azərbaycanda təhsil alan türk tələbələri adından çıxış edərək, iki ölkənin qardaşlıq münasibətlərinin tarixindən və Qarabağ Zəfərinin sevincindən bəhs edib.

 

Forumda gənclər adından ikitərəfli münasibətlərin yüksək şəkildə inkişaf etdirilməsinə görə hər iki ölkənin dövlət başçılarına təşəkkür edilib, Azərbaycan-Türkiyə gəncləri tərəfindən Qələbənin şərtləndirdiyi yeni dövrün reallıqlarına uyğun olaraq bütün platformalarda perspektivlər və müasir çağırışlara cavab verən işlərin ortaya qoyulmasının vacibliyi qeyd olunub.

 

Sonda 44 günlük Vətən müharibəsinin qazi iştirakçıları ilə xatirə fotosu çəkdirilib.