Bakı Dövlət Universitetinin (BDU) tələbələri Rusiya Federasiyası Baş Prokurorluğu tərəfindən "Korrupsiyaya qarşı birlikdə" şüarı ilə keçirilən Beynəlxalq gənclər müsabiqəsində iştirak ediblər.

 

Müsabiqəyə Avstraliya, Azərbaycan, Belarus, Bosniya Hersoqavina, Hindistan, Qazaxıstan, Kanada, Moldova, Myanmar, Nepal, Cənubi Afrika Respublikası, Yaponiya və Rusiyadan olan 5000 namizəd qatılıb.

 

BDU-nun Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal üzvləri-beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs magistri Fərid Qurbanov və tətbiqi riyaziyyat və kibernetika fakültəsinin IV kurs tələbəsi Rəhim Aslanovun birgə hazırladığı videoçarx "Ən yaxşı videoçarx" nominasiyası üzrə III yerə layiq görülüb.

 

Müsabiqə təşkilatçıları tərəfindən komandaya üçüncülük medalı, plaket və Rusiya Baş Prokurorluğunun suveniri təqdim olunub.