Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Ağdam rayon 91 nömrəli tam orta məktəbin direktoru Nemət Rüstəmli ilə görüşüb. Komitə sədri Nemət Rüstəmlini "İlin gənc müəllimi-2021" yarışmasında mükafat qazanması münasibəti ilə təbrik edib.
Mədəniyyət Komitəsində keçirilən görüşdə gənc müəllimə Komitə adından təbrik məktubu, Qarabağ motivli xatirə hədiyyəsi təqdim olunub.
Görüşdə “Nəfəs” Xeyriyyə Cəmiyyətinin rəhbəri Firəngiz Balakişiyeva da iştirak edib.
Şakir CƏFƏROV