Bakı Mühəndislik Universitetinin IV kurs tələbələri fevral-may ayları ərzində Sumqayıt Texnologiyalar Parkının (STP) müxtəlif biznes vahidi və zavodlarında istehsalat təcrübəsində olublar.

 

Mexanika mühəndisliyi, Sənaye mühəndisliyi, Kimya mühəndisliyi, Ekologiya mühəndisliyi, Avtomatika və elektroenergetika, Maşın mühəndisliyi, Mexanika mühəndisliyi, Sənayenin təşkili və idarə olunması ixtisaslarından, ümumilikdə 24 tələbə  STP Global Cable MMC, STP Aliminium və Mis Profilləri Zavodu ilə yanaşı, STP MMC-nin Sendviç Panellər Zavodu və Polimer Məmulatlar Zavodunda rəhbərlik tərəfindən təyin edilmiş 15 müxtəlif mentorun (təcrübə rəhbəri) nəzarəti altında təcrübə prosesini yekunlaşdırıb.

 

Təcrübələrini uğurla başa vuran  tələbələr müəssisə rəhbərliyi tərəfindən sertifikatlarla təltif olunub.