Bakı Ali Neft Məktəbinin (BANM) və bp şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursu yekunlaşıb.

 

BANM, ADA Universiteti, Azərbaycan-Fransız Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən olan,  kursu uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunub.  İştirakçılara sertifikatları təqdim edən BANM-in rektoru Elmar Qasımov onları təbrik edib.

 

Qeyd edək ki, sözügedən universitetlərin mühəndislik ixtisasları üzrə təhsil alan 50-dək III, IV və V kurs tələbəsi 2 həftə müddətində 6 modul üzrə təlim keçib. Bura “Prezentasiya və kommunikasiya bacarıqları”, “Layihə idarəetməsi”, “Vaxtın idarəedilməsi və səmərəlilik”, “Risklərin idarəedilməsi”, “Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, “İnsan resurslarının idarəedilməsinin əsasları və liderlik” modulları daxildir. Kurs ingilis dilində aparılıb.

 

“Mühəndislər üçün biznes təhsili” layihəsinin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, karyera imkanlarının genişləndirilməsidir.