Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) startapçı tələbələrdən ibarət komandası Rusiyanın Tümen Sənaye Universitetinin təşkilatçılığı ilə keçirilən “Qaynama nöqtələri” adlı startap yarışmasında “Ən orijinal ideya” nominasiyasına layiq görülüb.

         

Dünyanın müxtəlif ölkələrindən (Qazaxıstan, Çin, Rusiya) startapçı gənclərin qatıldığı yarışmada 8 komanda iştirak edib. Yarışda ölkəmizi AzMİU ilə yanaşı, Bakı Ali Neft Məktəbi də (BANM ) təmsil edib. 

         

Məlumat üçün bildirək ki, yarışmada birinci yeri Çinin JİN SUO TEAM komandası qazanıb. İkinci yerə Tümen Sənaye Universitetinin tələbəsi Darya Lyonova layiq görülüb. Adıçəkilən universitetin daha bir tələbəsi Regina Alimbəyovanın komandası 3-cü yerdə qərarlaşıb.

 

AzMİU və BANM tələbələrinin startapları isə “Ən orijinal ideya” və “Ən yaxşı İT həll” nominasiyalarının laureatları olub.