Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yay imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.

 

“Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb.

 

Tələbələrin istəklərini, problem və təkliflərini öyrənmək məqsədilə hər həftə “Açıq qapı” günlərinin keçirildiyini diqqətə çatdıran rektor mövcud şəraitdə təhsilalanlar ilə çevik onlayn kommunikasiyanın önəmindən danışıb.

 

Cari imtahan sessiyasının ilk həftəsinin uğurla başa çatdığını vurğulayan Ş.Bayramov onlayn imtahanlar zamanı heç bir texniki çətinliyin yaranmadığını qeyd edib.

 

İmtahanlarda iştirakçılıq, mənimsəmə və keyfiyyət göstəricilərinin ürəkaçan səviyyədə olduğunu, nəzərdə tutulmuş bütün imtahanların baş tutduğunu diqqətə çatdıran rektor yay imtahan sessiyasının obyektiv, şəffaf, ədalətli və mütəşəkkil keçirilməsində əməyi olan MDU-nun professor-müəllim, inzibati və texniki heyət üzvlərinə, könüllü tələbələrə təşəkkürünü bildirib.