Sərgidə 120-dən çox eksponat nümayiş olunub
İyunun 25-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun sərgi salonunda Qədim Quran Araşdırma Birliyinin təşkilatçılığı ilə qədim Quran kitablarının və əlyazmalarının sərgisi keçirilib. Sərgidə 120-dən çox qədim Quran kitabı, əlyazma nüsxəsi, Quranın təfsirləri, ayrı-ayrı şairlərin dini şeirləri nümayiş etdirilib. Birliyin sədri Nəhayət Hüseynova rəhbəri olduğu qurumun yaranmasının üç ilinin artıq tamam olduğunu bildirib. O, ilk belə sərginin 2016-cı ildə keçirildiyini qeyd edib.
Əlyazmalar İnstitunun elmi işlər üzrə direktr müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov institutda saxlanılan qədim Quran əlyazmaları barədə məlmat verib. O qeyd edib ki, institutun fondunda ceyran dərisi üzərində yazılmış və IX əsrə aid ən qədim Quran əlyazmalarından biri saxlanılır.
Tədbirdə elm adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.