Naxçıvan Müəllimlər İnstitutunda “Naxçıvan abidələri rəngkarlıqda” fənnində yerinə yetirilən rəngkarlıq əsrlərinin baxış sərgisi keçirilib.

 

Sərgidə təbiət və incəsənət fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə 18 nəfər II kurs tələbəsinin 20-dən çox rəngkarlıq əsəri nümayiş etdirilib. Əsərlərdə əsasən, Naxçıvan Muxtar Respublikası ərazisindəki tarixi-memarlıq abidələrinin təsvirləri əks olunub. Bu abidələrin bir neçəsi Parağa körpüsü, Sədərək hamamı, Şahbuz məscidi və s. ilk dəfədir ki, təqdim edilir.

 

Qeyd olunub ki, muxtar respublikada tarixi-memarlıq abidələri böyük diqqət və qayğı ilə əhatə edilib. Son 25 ildə 100-ə qədər tarixi-memarlıq abidəsi bərpa olunub. Sərgidəki əsərlərin bir neçəsində bərpa olunan abidələrin təsviri də öz əksini tapıb. 

 

Qeyd edək ki, sərgidə institutun rektoru Azad Novruzov və professor-müəllim heyəti iştirak edib.