Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyevin “Azərbaycanın iynəyarpaqlı bitkilərinin növ müxtəlifliyi və bioekoloji xüsusiyyətləri” adlı yeni monoqrafiyası “Elm” nəşriyyatında işıq üzü görüb.
Monoqrafiyada çoxillik tədqiqatlar nəticəsində Azərbaycanın müxtəlif bölgələrində yayılmış və Abşerona introduksiya edilmiş iynəyarpaqlıların taksonomik tərkibi, geobotaniki xüsusiyyətləri, təbii bərpa prosesi müəyyənləşdirilmiş, yaşıllaşdırılma məqsədilə rayonlaşdırılması aparılmış, onların fenoloji, fitopotoloji, reproduktivlik, böyümə və inkişaf xüsusiyyətləri öyrənilib. Abşeron yarımadasına introduksiya olunmuş şam və sərv növlərinin hərfi-rəqəmsal politomik təyinat açarı tərtib edilib. Qafqazda və qonşu regionlarda yayılmış bəzi iynəyarpaqlı bitki növlərinin taksonomik statusunun təyini ilə bağlı ilkin nəticələr əldə olunub. Yeni nəşr botaniklər, ekoloqlar, təbiəti mühafizə təşkilatlarının işçiləri, biologiya, ekologiya, kənd təsərrüfatı üzrə müəllim və tələbələr üçün nəzərdə tutulub.