Biləsuvarda  “12-ci əsrdən - 21-ci əsrə yol alan Nizami məfkurəsi” adlı onlayn elmi-praktiki vebinar keçirilib.

 

Vebinarda  Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov,   millət vəkili Bəhruz Məhərrəmov, Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov,  Təhsil Nazirliyinin Təhsildə İnkişaf  Proqramları şöbəsinin müdiri Elvin Rüstəmov,  şair Baba Vəziroğlu, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı idarə heyətinin üzvləri, gənclər təşkilatlarının əməkdaşları,  rayon ümumi təhsil müəssisələrinin direktorları və  müəllimləri  iştirak ediblər.

 

Vebinarda  çıxış edənlər Nizami yaradıcılığından, onun əsərlərində qoyulan problemlərdən, bəşəri ideyalardan danışıblar. Natiqlər Nizami Gəncəvi irsinin əhəmiyyətini qeyd edib, bu irsin həmişə yaşayacağını vurğulayıblar.

 

Şakir CƏFƏROV