Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Azərbaycan-Fransız Universiteti (UFAZ) həftəlik tədqiqat seminarlarını davam etdirir.
UFAZ-dan bildirilib ki, bu seminarlar yeni yaradılan Tədqiqat şöbəsinin nəzdində elmin təbliği və müxtəlif sahələrdə elmi tədqiqatların genişləndirilməsi üçün təşkil olunur.
Təqdimatlar silsiləsi iştirakçılara müxtəlif mövzular haqqında mübadilə etmək və tədqiqatçılar arasında mümkün əməkdaşlıq imkanlarını dəyərləndirməyə imkan verəcək.
Mühazirələr UFAZ-ın professorları tərəfindən təqdim ediləcək və iştirak etmək istəyən hər kəs üçün açıq olacaq.
Qeyd edək ki, silsilə təqdimatın ilk seminarı professor Maxime Florent tərəfindən mayın 26-da keçirilib. 2 iyunda professor Elşən Abdullayev və professor Dünya Babanlı öz təqdimatlarını ediblər. Onların növbəti təqdimatı iyunun 16-da olacaq.