Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri “Aqrar Mühəndislər” layihəsində aktiv iştirak ediblər.

 

Universitetdən bildirilib ki, layihə çərçivəsində təşkil olunan tədbirdə iştirakçılar nəzəri bilgilər əsasında hazırladıqları təqdimatları nümayiş etdiriblər.

 

Tədbirdə BMU-nun tələbələri final mərhələsinə yüksəliblər.

 

Tədbir Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, BMU və Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı ilə baş tutub.

 

Təqdimetmə mərasimində BMU-nun Elm və İnnovasiyalar şöbəsinin müdiri Elçin Yusubov,  Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin sektor müdiri İzzət Talıbov və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev iştirak edib.

 

“Aqrar Mühəndislər” layihəsinin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan gənclərin aqrar sahəyə cəlb olunması, kənd təsərrüfatı sahəsində kadr potensialının artırılması və daha səmərəli istehsal sistemlərinin təşviq edilməsidir.

 

Layihənin final mərhələsində seçilmiş gənclərə özəl və ya dövlət şirkətlərində qısamüddətli təcrübə proqramında iştirak etmək şəraiti yaradılacaq. Layihənin bütün mərhələlərini uğurla bitirən iştirakçılara isə sertifikatlar və hədiyyələr təqdim olunacaq.