Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 3 tələbəsi 2021/22-ci tədris ilində Erasmus+ mübadilə proqramında iştirak edərək xaricdə təhsil almaq hüququ qazanıb.
Memarlıq fakültəsinin magistrləri - Nəzrin Əhmədzadə, Nazlıxanım İbrahimli və Rəhimə Rəhdari magistr təhsillərinin növbəti bir semestrini xaricdə davam etdirəcək.
Tələbələr İtaliyanın Milan Texniki Universitetində təhsil alacaqlar.