Azərbaycan Texniki Universitetinin (AzTU) energetika və avtomatika fakültəsinin dekanı Hüseynqulu Quliyev, Avtomatika və idarəetmə kafedrasının müdiri Vahid Fərhadov və kafedranın baş müəllimi Asif Qasımov Türkiyənin Yıldız Texniki Universitetində ezamiyyətdə olublar.
Ezamiyyət müddətində AzTU-nun Avtomatika və idarəetmə kafedrasının EduNet Phoenix Sənaye Avtomatlaşdırma laboratoriyasında qurulmuş PLCnext texnologiyasının işləmə prinsipi və mexanizminin öyrənilməsi istiqamətində qarşılıqlı faydalı təcrübə mübadiləsi aparılıb.
Nümayəndə heyəti Yıldız Texniki Universitetinin elektrik və elektronika, elektrik mühəndisliyi və mexanika fakültələrinin Mexatronik kafedrasındakı tədris laboratoriyaları ilə tanış olub.
Müzakirələrdə universitetlər arasında əməkdaşlığın prioritet istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Bu barədə AzTU-dan bildirilib.