Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Elmi Cəmiyyəti, Həmkarlar İttifaqı Komitəsi, Regionşünaslıq kafedrasının birgə təşəbbüsü və təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş  “Qələbəyə aparan yol: Heydər Əliyevin siyasi irsi” adlı esse müsabiqəsinin qalibləri bəlli olub.

 

Müsabiqənin iştirakçıları olan bakalavr və magistrantlar münsiflər heyəti tərəfindən qiymətləndirilib və 1 nəfər birinci, 2 nəfər ikinci, 3 nəfər isə üçüncü yerə layiq görülüb. 

 

ADU-dan bildirilib ki, 1-ci yerin qalibi Ulduz Hətəmova 1-ci dərəcəli diplom və pul mükafatı ilə;

 

2-ci yerin qalibləri- magistrant  Müseyib Şirəliyev və Günel Balaşova  2-ci dərəcəli diplom və pul mükafatı ilə;

 

3-cü yerin qalibləri- Vüsal Hümbətzadə, Güzel Nəzərova və magistrant Səbinə Məmmədova 3-cü dərəcəli diplom və pul mükafatı ilə mükafatlandırılacaq.