Türk dünyası universitetlərinin “Türk Dünyası Dijital Vatandaşlığı” layihəsinin iş birliyi protokolunun imzalanma tədbiri keçirilib.
Bakı Slavyan Universiteti (BSU) bu layihəyə ilk imza atanlardan biri olub.
Protokolun imzalanma tədbirində BSU-nun rektoru, professor Nurlana Əliyeva və tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov iştirak ediblər.
Tədbirə ev sahibliyi edən Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Alpaslan Ceylan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “ailə məclisi” ifadəsini vurğulayaraq, Türk dünyası universitetləri rektorlarının dəyərli üzvlər olduğunu və bu üzvlərin sözügedən layihədə görüşlərinin davamlı olacağını bildirib.
Layihənin koordinatoru, dosent, Oqtay Özgül tədbirin gedişində layihəyə imza atmış universitetlərdə hər zaman tədris olunacaq dərslərin məsafədən keçiriləcəyini vurğulayıb. Layihədə professor-müəllim heyəti, tələbələr, magistrantlar iştirak edəcəklər. Qaydalara görə, bacarıqlı, savadlı müəllim-tələbə heyəti arasından seçilənlərin bilik düşərgələrinə göndəriləcəkləri qeyd edilib.
Layihənin tələblərinə görə, tədbirdə iştirak etmiş universitetlərin rektorları bir neçə aydan sonra Türkiyədə bir araya gələcəklər. Bu toplantı layihəyə imza atmış universitetlərin yerləşdiyi məkanlarda tanışlıq xarakteri daşıyacaq və davamlı əməkdaşlıq əlaqələri həyata keçiriləcək.
Qeyd edək ki, layihəyə Türk dünyasından 60-a yaxın universitet qoşulub.