Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı, gənc yazar Emil Xanlarovla görüşüb.

 

Görüş zamanı E.Xanlarov Prezident, Ali Baş Komandan İlham Əliyevə həsr etdiyi “Xalqın xidmətçisi” kitabının bir nüsxəsini rektora təqdim edib. Kitabda 44 günlük Vətən müharibəsi, şanlı Qələbə və ondan sonrakı dövrlərdə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan möhtəşəm hadisələrdən, müzəffər Ali Baş Komandanın uzaqgörən siyasəti və qətiyyətli addımlarından, ərazi bütövlüyünün təmin edilməsi uğrunda canından və qanından keçmiş qəhrəman əsgər və zabitlərin göstərdikləri şücaətdən bəhs edilir.

 

Müəllifi təbrik edən Ş.Bayramov gənclərin, o cümlədən tələbələrin vətənə, xalqa və dövlətə bağlı layiqli vətəndaş kimi yetişməsinə töhfə baxımından dərc edilən kitabın əhəmiyyətindən danışıb,  müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.