Mayın 20-də təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı yeni səfiri Cahit Bağcı və Türkiyə Maarif Vəqfinin sədri Birol Akgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Həmçinin mayın sonunda Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukun ölkəmizə gözlənilən səfərinin əhəmiyyəti vurğulanıb.

 

Görüşün sonunda Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Maarif Vəqfi arasında Protokol imzalanıb.