Tədbir Fransanın ölkəmizdəki səfirliyi və Fransız İnstitutu tərəfindən, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, YARAT Müasir İncəsənət Mərkəzi, “Street Food” festivalı və “Maks Events”in birgə iştirakı ilə gerçəkləşib.

 

Tədbir Xalq artisti Fidan Hacıyevanın vokal musiqi məktəbi tələbələrinin  konsert proqramı  ilə açılıb. Onların ifasında pop musiqilər, bəstəkar mahnıları səsləndirilib.

 

Qeyd edək ki, Fransız İnstitutunun təşəbbüsü ilə müxtəlif ölkələrdə yay fəslinin başlanması münasibətilə keçirilən musiqi bayramı küçələrdə, ictimai park və bağlarda, binaların həyətlərində və ictimaiyyətə açıq digər yerlərdə qeyd olunur.

                                                               

Sifai SƏFƏROVA