Bakı məktəblisi Avropa Şahmat Birliyi tərəfindən həvəskarlar arasında keçirilən onlayn qitə çempionatında qalib gəlib.
Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 81 nömrəli tam orta məktəbin IV sinif şagirdi Dinara Hüseynova Qrup A kateqoriyası (1000-1400 reytinq) üzrə 250 iştirakçı arasında III, qızlar arasında isə I yeri tutub.
D.Hüseynova sertifikat və medallarla təltif olunub.
Qeyd edək ki, 6 yaşından şahmatla məşğul olan D.Hüseynova 2019-cu ildə Slovakiyada keçirilən çempionatda 62 ölkə təmsilçisi arasında I yeri tutaraq Avropa çempionu olub. Məktəblinin uğurları bununla bitmir, o, bir sıra digər yarışlarda da parlaq qələbələrə imza atıb.