Mayın 18-də təhsil nazirinin müavini Muxtar Məmmədov UNESCO tərəfindən təşkil olunmuş UNESCO Davamlı İnkişaf üçün Ümumdünya Təhsil Konfransında iştirak edib.

 

Dayanıqlı İnkişaf naminə təhsil mövzusuna həsr olunan virtual tədbirdə UNESCO-nun Baş direktoru Odri Azulay, BMT Baş katibinin müavini Amina Mohammed, bir sıra ölkələrin təhsil üzrə rəhbər şəxsləri iştirak edib.

 

Tədbir zamanı Muxtar Məmmədov Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində təhsil sahəsində görülən işlər, əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

 

Nazir müavini həmçinin, ötən il Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində həlak olmuş və yaralanmış şagird və müəllimlər, habelə zərər dəymiş təhsil müəssisələri barədə danışıb. Muxtar Məmmədov təhsil müəssisələrinin bərpa olunması istiqamətində zəruri addımların atıldığını və münaqişənin fəsadlarının aradan qaldırılması istiqamətində təhsilalanlara və təhsilverənlərə sosial-psixoloji dəstəyin göstərildiyini bildirib.