Naxçıvan Dövlət Universitetinin (NDU) incəsənət fakültəsində müəllim və tələbələrin iştirakı ilə “Muğam axşamı” keçirilib.

 

Konserti tarda həmin kafedranın müəllimi Sərxan Abdullayev, elektro pianoda Orkestr alətləri və dirijorluq kafedrasının müəllimi Ziya Fətullayev, Xalq çalğı alətləri ixtisasının I kurs tələbələri- Zakir Məmmədov kamançada, Əfsun Məmmədov bas tarda, Zəkiyyə Abbasova qanunda, həmin ixtisasın II kurs tələbəsi Munis Əlisoy isə nağarada müsayiət edib.

 

“Rahab” rəngi musiqisi il başlayan konsertdə “Bayatı-şiraz”, “Şur”, “Segah”, “Mahur”, “Vilayəti”, “Dilkeş”, “Çahargah” muğam və təsnifləri ifa edilib.

 

Universitetin rektoru Elbrus İsayev belə tədbirləri fakültənin inkişaf yolunun bir nümunəsi kimi qiymətləndirib. Qeyd edib ki, muğama  olan dövlət qayğısı gənclərin  bu  sahəyə  maraq  göstərməsinə,  sonradan isə aktiv şəkildə  muğam  ifaçılığı ilə məşğul olmasına aparıb çıxarır:” Artıq neçə ildir ki,  Azərbaycanda  muğam  sənəti  daha  ciddi  qayğı ilə əhatələnib, muğam  ifaçıları,  ustad  xanəndələr dövlətdən  ciddi  dəstək alır. Universitetdə də muğam ifaçılığı sarıdan qazanılan təcrübəni yüksək qiymətləndirməliyik”.

 

Musiqili tədbirin sonunda muğam axşamına dəvət edilən qonaqlar konsertlə bağlı öz təəssüratlarını bildirib, belə tədbirlərin təşkilini yüksək qiymətləndiriblər.