İyunun 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) abituriyentlər, onların valideyinləri və UFAZ-da təhsillə maraqlananlar üçün “Açıq qapı” günü keçirilib.

 

Tədbir UFAZ haqqında videoçarxın nümayişi ilə başlayıb. UFAZ-ın direktoru Vazeh Əsgərov və baş katibi Şarlotta Payen universitet haqqında təqdimatla çıxış ediblər. Sonra tədbir iştirakçılarına UFAZ-a qəbul prosesi və tədris proqramları haqqında ətraflı məlumat verilib.

 

Sonda UFAZ-a sənəd vermək istəyən abituriyentlər və onların valideynlərinin sualları cavablandırılıb.