Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələ rayonunda səfərdə olublar.
Səfər çərçivəsində dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsindəki 1 saylı orta məktəbə gəliblər.
Məlumat verilib ki, 1857-ci ildə inşa edilən bu məktəbdə hazırda 135 şagird təhsil alır.