Mingəçevir Dövlət Universitetinin (MDU) pedaqoji fakültəsinin Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələri tədris planına uyğun olaraq Mingəçevir şəhərinin müxtəlif ümumtəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında təcrübə keçirlər.

 

MDU-dan bildirilib ki, 10 saylı “Qərənfil” körpələr evi-uşaq bağçasında təcrübə keçən tələbələr yeni təlim metodlarından istifadə etməklə tərbiyəçi-müəllimlərlə birlikdə maraqlı tədbirlər həyata keçiriblər. Tələbələr uşaqlara “Tıq-tıq xanım” nağılının motivləri əsasında səhnəcik nümayiş etdiriblər.

 

Qeyd edilib ki, pandemiya şəraitinin mövcud qaydalarına uyğun şəkildə tələbələrin pedaqoji təcrübədə yüksək səviyyədə iştirakının təmin edilməsi MDU-da diqqət mərkəzində saxlanılır.