Mayın 7-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirilib.

 

Tədbiri giriş nitqi ilə açan təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyi və xoşbəxt gələcəyi naminə danılmaz xidmətlərindən söz açıb.  

 

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin təhsilin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini, təhsil sahəsinin cəmiyyətdə rolunu və əhəmiyyətini yüksək qiymətləndirdiyini xatırladıb. Təhsil naziri qalibləri təbrik edərək, onlara uğurlar arzulayıb.

 

Sonda qalib şagirdlər öz təəssüratlarını bölüşüblər.

 

Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I, 10 nəfər II, 15 nəfər III dərəcəli diplom, 20 nəfər isə həvəsləndirici tərifnaməyə layiq görülüb.

 

“Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri