OECD yeni sənəd açıqlayıb


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Təhsil İnternasionalı  təhsil müəssisələrinin, müəllimlərin və onların təşkilatlarının böhranın səmərəli şəkildə aradan qaldırılması,  təhsildə daha yüksək keyfiyyət və bərabərliyə nail olmaq üçün pandemiyadan sonra təhsil sistemlərinin yenilənməsi  məqsədilə birgə əməkdaşlığa töhfə verə biləcək 10 prinsip müəyyənləşdiriblər.  

 

“Təhsilin səmərəli və ədalətli bərpası prinsipləri” adlı  sənəddə (PEEER) qeyd olunur ki, bütün dünyada təhsil sistemləri oxşar problemlərlə üzləşir, lakin müxtəlif yanaşmalar və təcrübə yaradır. Bu prinsiplər, həmçinin beynəlxalq əməkdaşlığın və qarşılıqlı təlimin əsasını təşkil edə bilər.

 

On prinsip:

 

  • 1. Məktəbləri mümkün qədər uzun müddət açıq və təhlükəsiz  saxlayın.
  • 2. Bərabərliyi təmin edin və resursları ehtiyaclarınıza  uyğunlaşdırın.
  • 3. Bütün şagirdlər üçün nəzərdə tutulmuş uzaqdan təhsil infrastrukturunu təqdim edin.
  • 4. Müəllimləri peşəkar həyatlarında dəstəkləyin.
  • 5. Müəllimlərə və valideynlərə şagirdləri dəstəkləmək imkanı verin.
  • 6. Şagirdlərin tədris, sosial və emosional ehtiyaclarını ödəmək üçün ünvanlı dəstək  göstərin.
  • 7. Müəllimlərlə və maraqlı tərəflərlə birgə rəqəmsal tədrisin etibarlı infrastrukturunu hazırlayın.
  • 8. Müəllimlərə peşəkarlıqlarını göstərmək və peşəkar təhsil imkanlarından yararlanmaq imkanı verin.
  • 9. Birgə innovasiya mədəniyyətini təşviq edin.
  • 10. Milli və beynəlxalq təcrübələrdən öyrənin.

 

"Bu gün təhsilin sağlamlaşdırılması üzrə birgə yol xəritəmizin istifadəyə verilməsi xüsusi məqamdır. Dünya üzrə müəllimlər ittifaqını təmsil edən təşkilatın-  Education International və dünyanın ən nüfuzlu hökumətlərarası təşkilatlarından biri olan OECD dünya təhsil sistemlərinin yenidən qurulmasının on prinsipini razılaşdırmaq üçün birləşiblər ", - deyə Education International-ın prezidenti Susan Hopqud bildirib.

 

Oruc MUSTAFAYEV