Təhsilin səmərəli və ədalətli bərpası | |
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Təhsil İnternasionalı təhsil müəssisələrinin, müəllimlərin və onların təşkilatlarının böhranın səmərəli şəkildə aradan qaldırılması, təhsildə daha yüksək keyfiyyət və bərabərliyə nail olmaq üçün pandemiyadan sonra təhsil sistemlərinin yenilənməsi məqsədilə birgə əməkdaşlığa töhfə verə biləcək 10 prinsip müəyyənləşdiriblər.
“Təhsilin səmərəli və ədalətli bərpası prinsipləri” adlı sənəddə (PEEER) qeyd olunur ki, bütün dünyada təhsil sistemləri oxşar problemlərlə üzləşir, lakin müxtəlif yanaşmalar və təcrübə yaradır. Bu prinsiplər, həmçinin beynəlxalq əməkdaşlığın və qarşılıqlı təlimin əsasını təşkil edə bilər.
On prinsip:
"Bu gün təhsilin sağlamlaşdırılması üzrə birgə yol xəritəmizin istifadəyə verilməsi xüsusi məqamdır. Dünya üzrə müəllimlər ittifaqını təmsil edən təşkilatın- Education International və dünyanın ən nüfuzlu hökumətlərarası təşkilatlarından biri olan OECD dünya təhsil sistemlərinin yenidən qurulmasının on prinsipini razılaşdırmaq üçün birləşiblər ", - deyə Education International-ın prezidenti Susan Hopqud bildirib.
Oruc MUSTAFAYEV
|
|
06.05.2021 | 16:04 | |
|
|
|