Naxçıvan ümumtəhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında keçirilən  “Məktəblilərarası fənn müsabiqələri”nin I mərhələsinin nəticələri elan olunub. Muxtar respublikada ilk dəfə keçirilən müsabiqədə 147  məktəbli final mərhələdə iştirak etmək hüququ qazanıb.

 

Qeyd edək ki, riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilən müsabiqənin  I mərhələsində muxtar respublikadan, ümumilikdə 470 şagird öz bilik və bacarıqlarını nümayiş etdirib.

 

Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarət olub.

 

Müsabiqənin final mərhələsinin may ayının sonunda keçirilməsi nəzərdə tutulub.