Naxçıvan Dövlət Universitetində əcnəbi və Azərbaycanın digər rayonlarından olan tələbələrə müqəddəs Ramazan ayı münasibətilə ərzaq payı təqdim olunub.

 

Universitetin rektoru Elbrus İsayev bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayının dünya müsəlmanlarının ən əziz ayı olduğunu bildirib. Qeyd edilib ki, universitetdə təhsil alan xarici və Azərbaycanın digər rayonlardan olan tələbələr hər zaman dövlətin diqqət və qayğısını öz üzərlərində hiss edirlər; Bayramlarda və əlamətdar günlərdə onlar hər zaman xatırlanır.

 

Rektor milli-mənəvi dəyərlərin ayrılmaz hissəsi kimi xarakterizə olunan müqəddəs Ramazan ayı münasibətilə müəllim və tələbələri təbrik edib, hər kəsə bol ruzi və bərəkət arzulayıb.

 

Qeyd edək ki, bu aksiya universitetin 1548 nəfərini əhatə edib.