Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən “İlin peşəkar gənci” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

“İlin peşəkar gənci” fəxri adı hər il əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edən, müxtəlif peşə sahələrində yüksək ustalıqla fərqlənən, ictimaiyyətin geniş rəğbətini qazanan şəxslərə verilir.

 

Rayon təhsil şöbəsindən aldığımız məlumata görə, Ağcabədi şəhər C.İbrahimov adına 8 nömrəli tam orta məktəbin  müəllimi Əsmər Mehtiyeva “İlin peşəkar gənci” müsabiqəsində qazandığı uğura görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən Fəxri fərmanla təltif edilib.

 

Mükafatı ATİAHİ-nin Ağcabədi rayon komitəsinin sədri Arzu Niftalıyeva təqdim edib.

 

Şakir CƏFƏROV