Aprelin 22-də “Beynəlхalq Yer Günü” nə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbir Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Yaşıl Şəbəkə” ekoloji hərəkatının ekoklublarının iştirakı ilə baş tutub.
Tədbirin keçirilməsində məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsindən ibarət olub.
Tədbirdə, həmçinin, VI Ekoloji Foruma hazırlıq məqsədilə ekoklub liderlərinin və ekoloji aktivistlərin 10 ekoloji istiqamət - “Yaşıl iqtisadiyyat”, “Yaşıl turizm”, “Yaşıl aqrar”, “Yaşıl ətraf mühit”, “Yaşıl elm”, “Yaşıl yaradıcılıq”, “Yaşıl cəmiyyət”, “Yaşıl texnologiya”, “Yaşıl şəhər”, “Yaşıl liderlər” üzrə təqdimatları dinlənilib, təklifləri irəli sürülüb və müzakirələr aparılıb.
Tədbirdə 100-ə yaxın gənc ekolider iştirak edib.