Naxçıvan Dövlət Universitetində (NDU) Erasmus + LMQ SANTE  layihəsinin Beynəlxalq pilot qrupunun onlayn konfransı keçirilib. Konfransda layihəyə tərəfdaş olan hər bir universitet qısa təqdimatla çıxış edib, görüləcək işlər haqda məlumat verilib.  

 

NDU-dan bildirilib ki, “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, riskin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı,  peşə magistri hazırlığı" mövzusundakı layihənin müddəti 3 ildir.

 

Layihənin məqsədi səhiyyə maarifinin yüksəldilməsi, səhiyyə sisteminin inkişafı və ixtisaslı tibbi kadrların hazırlanması, onların tibbi bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir. Başqa sözlə, layihə təlim-tədris proqramlarını inkişaf etdirmək  və təlimdə innovasiyaların tətbiqinə nail olmaq üsullarını qarşıya məqsəd qoyur.

 

Məlumat üçün bildirilib ki, partnyor ölkələrin səhiyyə və təhsil nazırliklərinin dəstəklədiyi layihənin təşəbbüskarı  Yunanıstanın Qərbi Attika Universiteti, regional koordinatorı isə Azərbaycan Texniki Universitetidir. 

 

Layihədə Avropa İttifaqından Afina Universiteti, Nice Universiteti, Cluj Universiteti, Rusiya Federasiyasından 8 universitet, Qazaxıstandan isə  6 universitet iştirak edir. Layihədə Azərbaycan, həmçinin İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Milli Onkologiya Mərkəzi  ilə təmsil olunur.