Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup gənc əməkdaşı Təhsil Nazirliyinin #TəhsilÜçünVaksinasiya kampaniyasına qoşularaq könüllü şəkildə birinci doza vaksinasiya prosesindən keçiblər.

 

Ali məktəbdən bildirilib ki, MDU-da ilk növbədə, yaşı 65-dən çox olan professor-müəllim, inzibati və texniki heyət üzvləri, sonra isə digər yaş kateqoriyalarına aid universitet əməkdaşları mərhələli şəkildə peyvənd olunublar. Sağlamlıqlarına, ölkəmizdə sanitar-epidemioloji vəziyyətə həssas yanaşan və peyvənd olunmağı vətəndaşlıq borcu hesab edən MDU kollektivinin 87 faizindən çoxu artıq vaksinasiyadan keçib və bu proses uğurla başa çatmaq üzrədir.