Gəncə Dövlət Universiteti (GDU) ali məktəbin hesabından Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna 15 min manat vəsait köçürüb.

 

Universitetdən bildirilib ki, bu barədə GDU-nun Elmi Şurasının iclasında qərar verilib.