Biləsuvar rayon ümumtəhsil məktəblərində şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərlik və qəhrəmanlıqlarının təbliği, məktəblərdə hərbi vətənpərvərlik ruhunun yüksədilməsi məqsədilə tədbirlər keçirilir.
Rayon təhsil şöbəsindən bildiriblər ki, ümumtəhsil məktəblərinin ən qabaqcıl siniflərinə şəhidlərimizin adı verilir. Bu siniflərdə yaradılan guşələrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, məktəblilərin şəhidlərimizin vətənpərvərliyi və qəhrəmanlığı barədə ətraflı məlumatlandırılması məqsədilə davamlı işlər aparılır.
Rayonun Nərimankənd tam orta məktəbinin məzunu şəhid Pərvin Əliyevin adı doğum günündə oxuduğu sinif otağına verilib və otaq şəhidin şəkilləri ilə bəzədilib.
Layihə rayonun digər ümumtəhsil məktəblərində də davam edir.
Şakir CƏFƏROV