Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsi sona çatıb. Qeyd edək ki, mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn formatda təşkil olunan müsabiqənin 3 yaş qrupu (9-11, 12-14, 15-17) və 4 nominasiya (esse, şeir, mahnı, nitq) üzrə keçirilməsi nəzərdə tutulmuşdur.

 

Şuşa Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin VI sinif şagirdi Nurcan İsgəndərli şeir nominasiyası üzrə 9-11 yaş qrup şagirdləri arasında “Həvəsləndirici yer” sertifikatına layiq görülüb.

 

Müsabiqənin keçirilməsində əsas məqsəd işğal olunmuş torpaqlarımızın azad olunması münasibətilə yeni bədii mətnlər yaratmaq, xalqımızda hərbi vətənpərvərlik ruhunu daha da yüksəltmək, gənclərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hissləri aşılamaq, həmçinin istedadlı uşaqları üzə çıxarmaqla onların bədii-estetik zövqünü yüksəltməkdən ibarətdir.

 

Şakir CƏFƏROV