Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mart ayı ərzində keçiriləcək tədbirlər planına əsasən, Ekoloji Tərbiyə Mərkəzində “Ekoloji məktəb” layihəsinin davamı olaraq “Qızılgül bitkisinin əkilməsi və ona aqrotexniki qulluq qaydaları” mövzusunda açıq dərnək məşğələsi keçirilib.

 

Mərkəzin həyətyanı sahəsində “Gülçülük və ailə” dərnəyinin rəhbəri Səbinə Hacıyeva tərəfindən tədris olunan məşğələdə dərnək üzvlərinə güllərin əkilməsi, onlara qulluq edilməsi qaydaları, bir sözlə gülçülüyün sirləri öyrədilib.

        

Dərnək rəhbəri şagirdlərə qızılgül bitkisinin tarixi, təsnifatı, kök sistemi, zoğları, yarpaqları və rəngarəng çiçəkləri haqqında məlumat verib. O, qızılgülün əkilmə qaydaları, suvarılması, yazda və yayda verilən azot gübrəsinin yeni pöhrələrin əmələ gəlməsi məqsədi daşımasından,  payızda isə fosfor və kalium gübrəsinin bitkinin bol qönçələnməsi üçün vacibliyindən danışıb.

 

Dərnək rəhbəri şagirdləri maraqlandıran sualları da cavablandırıb.