Psixologiyanın nailiyyətlərinin məktəb təcrübəsinə tətbiqinin ən perspektiv yollarından biri təhsil sisteminin bütün sahələrində psixoloji xidmətin təşkilindən ibarətdir. Gənc nəslin təlim və tərbiyəsində bu xidmətin rolu böyükdür.
Füzuli rayonu 45 nömrəli tam orta məktəbin psixoloqu Vüqar Ələkbərov “Labirint və tanqram” mövzusunda ibtidai sinif şagirdləri ilə inkişafetdirici metodikalar keçirib.
Təhsil şöbəsindən verilən məlumata görə, metodikaların keçirilməsində məqsəd şagirdlərdə vahid dərketmə, vizual yaddaş, vizual analiz, vizual cəmləşmə, diqqət cəmləşməsi və konsentrasiyası, diqqət müddəti artımı, diqqətin ayrıntılara verilməsi, planlama bilik və bacarıqlarını aşkara çıxarılmasıdır.
Şakir CƏFƏROV