“Nizami Gəncəvi əsərləri təsviri sənətdə” adlı onlayn respublika baxış-müsabiqəsinə yekun vurulub.

 

Baxış-müsabiqəsinə Bakı şəhəri üzrə 32 ümumtəhsil, respublika üzrə 50 uşaq-gənclər inkişaf mərkəzlərinin şagird və dərnək üzvləri qatılıb. Müsabiqəyə ümumilikdə 570 rəsm və 250 əl işi daxil olub.

 

Müsabiqənin qalibləri və fəal iştirakçılar Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və təşəkkürnamələri ilə təltif olunublar.

 

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Məqsəd uşaq və gəncləri dahi şairin zəngin irsi ilə daha yaxından tanış etmək, təhsilalanların təsviri - tətbiqi sənət növləri vasitəsilə yaradıcılıq qabiliyyətləri və bacarıqlarını təkminləşdirmək olub.