Moskva Dövlət Universiteti dünya reytinqinin ilk onluğunda
Dünyanı bürümüş pandemiya ali təhsil sisteminə təsirsiz ötüşməyib. Ötən ilin əvvəllərindən COVID-19 ali təhsil sektoruna güclü təsir göstərib, universitetlər distant təhsil formatına keçib, xaricə üz tutan tələbələrin sayında da azalma var. Buna baxmayaraq, ötən bir ili dünyanın inkişaf etməkdə olan ölkələrinin ali təhsil müəssisələri üçün məhsuldar dövr hesab etmək olar. Bunu, Böyük Britaniyanın “Times Higher Education” (THE) nəşrinin inkişaf etməkdə olan ölkələrin nüfuzlu universitetlərinin reytinqinin (THE Emerging Economies University Rankings) nəticələrindən də görmək olar. Reytinqə dünyanın 48 ölkəsindən 606 ali təhsil müəssisəsi daxil olub ki, bu da bir il əvvələ nisbətən (533 universitet) 14 faiz çoxdur. Çinin Tsinxua Universiteti artıq 3 ildir ki, iqtisadiyyatları sürətlə inkişaf edən ölkə universitetlərinin reytinqinə başçılıq edir. Sıralamaya əsasən, 2021-ci ildə ilk 5-lik tamamilə Çin ali təhsil müəssisələrindən - Tsinxua, Pekin, Çjetszyan, Fudan və Şanxay Jao Tonq universitetlərindən təşkil olunub. Çin ümumilikdə 91 ali təhsil müəssisəsi ilə reytinqdə ən çox təmsil olunan ölkədir. Onlardan 35-i ilk 100-lükdə yer alıb. “Sıralamanın nəticəsi Çinin ali təhsil sektorundakı investisiyalarının uğurlarının bir sübutudur” , - deyə THE-nin informasiya texnologiyaları üzrə direktoru Fill Beyt bildirib. Bu il Türkiyənin 10-dan çox ali təhsil müəssisəsi sözügedən sıralamada yer alıb. Onlardan 4-ü - Sabançı, Koç, Çankaya və Bilkənt universitetləri reytinqin ilk 100-lüyünə daxil olub.
Reytinqdə Qazaxıstan 3 ali təhsil müəssisəsi - Əl-Fərabi adına Qazax Milli Universiteti, L.N. Qumilev adına Avrasiya Milli Universiteti və Satbayev Universiteti ilə təmsil olunur.
Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) reytinqdə 6-cı yeri tutaraq inkişaf etməkdə olan ölkələrin ən yaxşı 10 universiteti sırasına daxil olub. MDU-nun rektoru, akademik Viktor Sadovniçinin fikrincə, universitetin top-10-luqda yer alması Moskva Dövlət Universitetinin inkişaf yolunun cəmiyyətin tələblərinə, bilik iqtisadiyyatı üçün mütəxəssislərin hazırlanmasının müasir standartlarına uyğun olduğunu göstərir.
“
Moskva Dövlət Universitetinin inkişaf etməkdə olan iqtisadiyyatların aparıcı universitetlər qrupuna daxil olması elmi-təhsil potensialının birləşdirilməsinin nəticələrini, mövcud intellektual gücdən səmərəli istifadə olunduğunu göstərir. Bu da gələcək işlərin çərçivəsini müəyyən edir”, - deyə MDU-nun rektoru bildirib. Reytinq 5 qrupda birləşdirilmiş 13 göstərici əsasında tərtib edilib: təhsil və təhsil mühiti (30%), elmi iş (30%), elmi nəşrlərdən sitatgətirilmə (20%), tələbə və əməkdaşların beynəlxalq mobilliyi (10%). Məlumatlar həm açıq mənbələrdən toplanıb, həm də universitetlər tərəfindən təqdim edilib.
Qeyd edək ki, “Emerging Economies University Rankings 2021” 2004-cü ildən hər il “Times Higher Education” jurnalı tərəfindən dərc olunur və universitetlərin ən nüfuzlu beynəlxalq reytinqlərindən biri hesab edilir.
Reytinqlə daha ətraflı www.timeshighereducation.com/world-university-rankings/2021/emerging-economies-university-rankings səhifəsindən tanış olmaq olar.
Rey-tinq |
Ali təhsil müəssisəsinin adı |
Ölkə |
Ümumi tələbə sayı |
Tələbə-müəllim nisbəti |
Əcnəbi tələbələrin sayı |
Qadın-kişi nisbəti |
1 |
37,484 |
11.6 |
13% |
34 : 66 |
||
2 |
38,583 |
11.1 |
16% |
43 : 57 |
||
3 |
33,825 |
10.8 |
23% |
23 : 77 |
||
4 |
32,597 |
11.2 |
13% |
52 : 48 |
||
5 |
38,556 |
11.9 |
11% |
39 : 61 |
||
6 |
Rusiya Federasiyası |
28,525 |
8.4 |
32% |
52 : 48 |
|
7 |
16,434 |
7.2 |
5% |
əks olunmayıb |
||
8 |
24,880 |
9.9 |
12% |
43 : 57 |
||
9 |
37,475 |
17.5 |
9% |
49 : 51 |
||
10 |
Cənubi Afrika Respublikası |
21,647 |
11.7 |
17% |
54 : 46 |
|
11 |
Rusiya Federasiyası |
5,736 |
11.4 |
18% |
25 : 75 |
|
12 |
Cənubi Afrika Respublikası |
27,839 |
25.8 |
7% |
55 : 45 |
|
13 |
82,961 |
16.1 |
4% |
47 : 53 |
||
=14 |
Hindistan |
4,038 |
9.3 |
1% |
27 : 73 |
|
=14 |
3,656 |
9.0 |
1% |
əks olunmayıb |
||
16 |
Səudiyyə Ərəbistanı |
31,869 |
7.8 |
22% |
54 : 46 |
|
=17 |
23,365 |
14.9 |
11% |
əks olunmayıb |
||
=17 |
56,941 |
16.3 |
6% |
36 : 64 |
||
=17 |
53,956 |
15.2 |
7% |
əks olunmayıb |
||
=20 |
Birləşmiş Ərəb Əmirlikləri |
3,164 |
9.7 |
19% |
59 : 41 |
|
=20 |
6,112 |
9.8 |
10% |
58 : 42 |
||
=20 |
33,740 |
12.0 |
14% |
45 : 55 |
||
23 |
Cənubi Afrika Respublikası |
24,525 |
25.9 |
8% |
56 : 44 |
|
=24 |
Rusiya Federasiyası |
25,268 |
14.8 |
11% |
əks olunmayıb |
|
=24 |
53,734 |
16.1 |
8% |
50 : 50 |
||
26 |
8,808 |
9.2 |
37% |
75 : 25 |
||
27 |
Səudiyyə Ərəbistanı |
2,640 |
10.2 |
34% |
60 : 40 |
|
=28 |
53,277 |
19.1 |
3% |
əks olunmayıb |
||
=28 |
31,873 |
10.6 |
12% |
30 : 70 |
||
=28 |
Rusiya Federasiyası |
5,797 |
10.5 |
26% |
34 : 66 |
|
31 |
15,794 |
8.3 |
20% |
65 : 35 |
||
32 |
14,758 |
17.9 |
11% |
42 : 58 |
||
33 |
Birləşmiş Ərəb Əmirlikləri |
7,270 |
8.9 |
18% |
83 : 17 |
|
34 |
Səudiyyə Ərəbistanı |
38,189 |
10.1 |
10% |
52 : 48 |
|
35 |
Rusiya Federasiyası |
16,768 |
9.2 |
31% |
39 : 61 |
|
36 |
27,085 |
14.5 |
13% |
65 : 35 |
||
37 |
8,735 |
11.9 |
10% |
68 : 32 |
||
38 |
37,405 |
14.5 |
7% |
əks olunmayıb |
||
39 |
36,551 |
12.5 |
7% |
36 : 64 |
||
=40 |
12,090 |
16.9 |
12% |
30 : 70 |
||
=40 |
40,581 |
13.4 |
5% |
38 : 62 |
||
=40 |
33,469 |
11.5 |
5% |
40 : 60 |
||
43 |
7,633 |
16.9 |
9% |
55 : 45 |
||
44 |
3,687 |
20.7 |
9% |
39 : 61 |
||
=45 |
8,309 |
14.1 |
12% |
66 : 34 |
||
=45 |
Rusiya Federasiyası |
10,094 |
14.5 |
17% |
36 : 64 |
|
47 |
20,659 |
15.5 |
13% |
37 : 63 |
||
48 |
Braziliya |
29,082 |
15.6 |
3% |
47 : 53 |
|
49 |
Rusiya Federasiyası |
7,798 |
11.7 |
35% |
əks olunmayıb |
|
50 |
3,176 |
17.4 |
11% |
55 : 45 |
||
=51 |
30,172 |
13.2 |
7% |
əks olunmayıb |
||
=51 |
5,440 |
16.0 |
6% |
50 : 50 |
||
=53 |
29,500 |
13.5 |
8% |
əks olunmayıb |
||
=53 |
29,071 |
15.1 |
7% |
əks olunmayıb |
||
55 |
2,501 |
23.4 |
9% |
46 : 54 |
||
56 |
31,964 |
13.6 |
8% |
35 : 65 |
||
57 |
Cənubi Afrika Respublikası |
36,731 |
28.8 |
4% |
58 : 42 |
|
58 |
27,813 |
13.2 |
4% |
28 : 72 |
||
59 |
9,854 |
10.9 |
26% |
əks olunmayıb |
||
60 |
8,528 |
19.2 |
17% |
30 : 70 |
||
61 |
Səudiyyə Ərəbistanı |
6,948 |
6.8 |
11% |
1 : 99 |
|
62 |
5,907 |
15.3 |
19% |
35 : 65 |
||
63 |
Rusiya Federasiyası |
19,501 |
5.6 |
8% |
29 : 71 |
|
=64 |
Çex Respublikası |
47,406 |
12.8 |
22% |
62 : 38 |
|
=64 |
6,815 |
22.2 |
11% |
64 : 36 |
||
=64 |
Rusiya Federasiyası |
7,705 |
11.4 |
11% |
40 : 60 |
|
=64 |
10,945 |
9.4 |
32% |
69 : 31 |
||
=68 |
13,649 |
24.5 |
5% |
62 : 38 |
||
=68 |
43,643 |
13.3 |
7% |
52 : 48 |
||
70 |
35,396 |
14.5 |
1% |
49 : 51 |
||
71 |
1,765 |
10.9 |
0% |
16 : 84 |
||
=72 |
41,210 |
20.2 |
2% |
47 : 53 |
||
=72 |
4,254 |
4.8 |
2% |
49 : 51 |
||
=72 |
27,134 |
13.4 |
6% |
əks olunmayıb |
||
75 |
59,348 |
28.3 |
10% |
62 : 38 |
||
76 |
32,932 |
15.3 |
3% |
27 : 73 |
||
77 |
21,087 |
11.9 |
16% |
57 : 43 |
||
78 |
19,937 |
12.1 |
25% |
61 : 39 |
||
79 |
1,309 |
9.2 |
0% |
17 : 83 |
||
80 |
29,296 |
9.7 |
4% |
64 : 36 |
||
=81 |
46,357 |
16.4 |
7% |
56 : 44 |
||
=81 |
41,546 |
14.8 |
5% |
47 : 53 |
||
83 |
41,419 |
8.7 |
1% |
54 : 46 |
||
84 |
14,999 |
19.5 |
4% |
51 : 49 |
||
85 |
23,939 |
10.8 |
6% |
əks olunmayıb |
||
86 |
7,492 |
25.2 |
1% |
45 : 55 |
||
=87 |
11,627 |
31.9 |
7% |
60 : 40 |
||
=87 |
67,257 |
14.0 |
4% |
50 : 50 |
||
89 |
10,093 |
14.2 |
9% |
46 : 54 |
||
=90 |
42,095 |
20.6 |
5% |
əks olunmayıb |
||
=90 |
15,213 |
18.6 |
3% |
56 : 44 |
||
=90 |
17,234 |
14.7 |
2% |
49 : 51 |
||
=90 |
Cənubi Afrika Respublikası |
23,432 |
33.3 |
1% |
52 : 48 |
|
=94 |
140,144 |
23.8 |
3% |
58 : 42 |
||
=94 |
Rusiya Federasiyası |
7,168 |
10.8 |
26% |
40 : 60 |
|
=94 |
Kolumbiya |
29,281 |
15.3 |
1% |
55 : 45 |
|
=97 |
39,705 |
15.2 |
3% |
35 : 65 |
||
=97 |
Cənubi Afrika Respublikası |
39,056 |
28.4 |
4% |
60 : 40 |
|
=97 |
Rusiya Federasiyası |
7,043 |
6.2 |
20% |
əks olunmayıb |
|
100 |
Rusiya Federasiyası |
21,865 |
7.1 |
15% |
63 : 37 |
Oruc MUSTAFAYEV