Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə 2020-2021-ci ilin Fəaliyyət Planına uyğun olaraq məktəbin həkim pediatrı Aynur Muradova, tibb bacısı Könül Əliyeva və psixoloq Ülviyyə Həşimovanın rəhbərliyi ilə VI-IX sinif şagirdləri ilə maarifləndirici söhbətlər aparılıb.

 

Təhsil şöbəsindən bildiriblər ki, Aynur Muradova şagirdlərə  sağlamlığı qorumağın və möhkəmləndirməyin ən mühüm şərtlərdən biri gigiyena qaydalarına əməl etmələri olduğuna aydınlıq gətirilib.

 

Həmçinin psixoloq Ülviyyə Həşimova da qeyd edib ki, zərərli vərdişlərdən yaxa qurtarmaq üçün insan öz niyyət və düşüncəsini dəyişməlidir. Belə vərdişlərdən yaxa qurtarmağın ən yaxşı yolu yaxşı vərdişlərə yiyələnməkdir.

 

Sonda şagirdlərə mövzu ilə bağlı bukletlər paylanılıb.

 

Şakir CƏFƏROV