Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla ziyarət edilməsi məqsədilə Ağdam RTŞ və YAP Ağdam rayon təşkilatının Qadınlar şurasının nümayəndələri rayonun fəal qadınları ilə birgə Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhid Vəliyev Vüqar Emin oğlu və İsizadə Elvin Azim oğlunun ailəsində olublar.
Təhsil şöbəsindən aldığımız məlumata görə, görüşdə şəhidlərin ailə üzvlərilə söhbət aparılaraq Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin qisasının alındığını və düşmənə layiqli cavab verildiyini qeyd ediblər. Bildiriblər ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsi olmaqla yanaşı, həm də xalqımızın iftixar yeridir.
Şakir CƏFƏROV