Azərbaycan xalqının bir yumruq altında birləşdiyi Vətən müharibəsinin yaratdığı ən mühüm nəticələrdən biri bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Prezident İlham Əliyev YAP-ın VII qurultayında bəyan edib ki, üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim böyük siyasi qələbəmizdir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir. İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Lakin onları məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq. Beləliklə də Ermənistanın Azərbaycanın siyasi iradəsini qəbul etməkdən başqa yolu qalmayacaq.
Avtorizasiya